manera.az
manera.az

Xoş gəldin sən də, təzə il - ŞEİR

📅 28.12.2018 14:30

Xoş gəldin sən də, təzə il - ŞEİR
TƏZƏ İL

Sevgidən cücərən şam ağacıyam,
Bəzə üzərimi bəzə ümidlə.
Neçə köhnə ili yola salmışam,
Neçə təzə ilə təzə ümidlə.

Bir az zər götürüb dola üstümə,
Qırığım, sınığım görünməsin qoy.
Ötən ildə qalsın acı xatirəm,
Yapışıb arxamca sürünməsin qoy.

Bir az da bər-bəzək as üzərimdən,
Qoy təzə görünüm təzə il kimi.
Bir az uzaq düşüm dərdi-sərimdən,
Uzun görünməsin gözə il kimi.

Rəngarəng işıq da sarı boynuma,
Mənim də işıqlı bir günüm olsun.
Mənə baxan gözü yaxım, yandırım,
Hərdən yaraşıqlı bir günüm olsun.

Nə deyim? Xoş gəldin sən də, təzə il,
Ötən illər məndən çox şey qopardı.
Hər ilə sənintək ümid bəslədim,
Ömrümdən neçə il alıb apardı.

Sevgidən cücərən şam ağacıyam,
Bəzə üzərimi bəzə ümidlə.
Neçə köhnə ili yola salmışam,
Neçə təzə ilə təzə ümidlə.

Kamran Peçeneq
04.01.2017.
23:25


Baxış sayı - 1 693 | Yüklənmə tarixi: 28.12.2018 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031