manera.az
manera.az

Əli Şirin Şükürlü: Bəyaz masa

Əli Şirin Şükürlü: Bəyaz masa

ƏDƏBİ SUPREMATİZM:

Bəyaz masa
(şeir-esse)


Günlərin bir günü
ağ rəngli masa qoydular iş otağına. Səthi
A1 format kağıza bənzəyirdi uzaqdan –
bəmbəyaz, sanki nə istəsən yaza bilərsən üstünə;
yaz, poz, yenidən yaz, yenidən poz...
yaratmaqçın bir meydandı dördkünc bəyazlıq.

Bir gün sonra
təzə bir işçi oturdu bəyaz masanın arxasında –
təzə işçi
qarabəniz gənc bir xanımdı bakalavr dərəcəli.

Əvvəl
o, heç cür alışa bilmirdi nə ağ masaya,
nə təzə işçiyə. Özü adama yovuşmaz,
masa ağ rəngdə olsa da, nimdaş, - amma
zaman az-çox insafla davranmışdı onunla,
təzə işçi isə qaradinməz
(bir çox yaxşı keyfiyyətlərinə rəğmən);
arada elə suallar verərdi gənc xanım,
sualı aldığı cavablardan diri.

Təzə-təzə isinişməyə başlayırdılar ki...
bir gün
sahibsiz qaldı ağ masa. Eləcə qaldı otaqda.
Hər gözü sataşanda masaya iri əyri bircızıq çəkmək
keçirdi könlündən; əvvəlcə qalxır, sonra dayanıb bir müddət
saxlayır monotonluğunu vəhansısa nöqtədən başlayır enməyə.
Enir, dayanır bir müddət vəhansısanöqtədən yenidən qalxır
və sonra yenə enir və sonra yenə qalxırvə sonra yenə enir...
və nəhayət, hansısa eniş nöqtəsində dayanıb,uzanır
və qırılır bəyaz masanı boşluğa qovuşduran sərhəddində -
rəqs edir qələm bəyazlığı əvəz edən boşluqda iz qoymadan.

Bir il ötdü.
Bir gün elə öz xahişilə masanı çıxardılar otaqdan.
Və neçə gün hər otağa girəndə çevrilib
masanın dayandığıməkana baxardı qeyri-ixtiyari;
təkcə insanlara deyil,əşyalara da isinişər adamlar.

Xeyli vaxt keçib.
İndi yəqin keyfiyyət kəmiyyətə çevrilməkdə
bəyaz masanın timsalında,
gənc xanımsa hansısa məkanı doldurur
ağıllı baxışı və dipdiri suallarıyla.

Artıq tez-tez yox, arabir xatırlayır o hadisəni.
Deyəsən, zaman insafla görür öz işini;
tədricən unutdurur ağ masanı,bir çox hadisələrsə
yaddaşın hansısa küncünə çəkilir masayla birgə.
Bəyaz masanın yerindəsə boşluq qalır əbədi və bir də
üstünə xəyalən rəsmi cızılmış əyrinin boşluqdakı davamı.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031