manera.az
manera.az

"Ümidlə gəl"... -Verilişdə baş verənlər

📅 10.03.2018 19:53

"Ümidlə gəl"... -Verilişdə baş verənlər
Lider Tv-nin efirində yeni formatda yayıma başlayıb, hər həftənin cümə günü saat 20:00-da efirə gedən "Ümidlə gəl" tok-şousunun 9 mart buraxılışında maraqlı anlar yaşanıb

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə artıq çəkidən əziyyət Tovuz rayon sakini Mahirə xanım video - müraciət yayaraq piylənmədən əziyyət çəkdiyini bildirmiş, izləyənlərdən kömək istəmişdi.

"Ümidlə gəl" verilişinin layihə rəhbəri Hacı Quliyev Mahirə xanımın müraciətinə biganə qalmayıb öz komandası ilə Tovuz rayonuna gedir və xəstəni Bakıya gətirir.

"Ümidlə gəl"in yardım çağırışına müsbət cavab verən Azərbaycanın tanınmış həkimləri bariatrik cərrah Elçin Abdinov və ürək-damar cərrahı Ramil Əliyev xəstəni müəyyən müalicə prodsedurlarından keçirdikdən sonra əməliyyata etməyə qərar verirlər.

Beləliklə, piylənmədən əziyyət çəkən 180 kilo çəkiyə malik xəstə "Ümidlə gəl"in studiyasından birbaşa “Zəfəran hospital”a əməliyyat üçün yola salınır...

Proqramın digər qəhrəmanı isə Ağcəbədi rayon sakini, dovşandodaqlıqdan əziyyət çəkən balaca Hüseyn idi. Anasını itirən Hüseyn atası tərəfindən də tərk edildikdə qardaşı ilə birlikdə babasının və xalasının himayəsində keçir. Hüseynin əməliyyatına isə ailənin maddi durumu imkan vermir. Bu dəfə də köməyə “Ümidlə Gəl” komandası çatır. Belə ki, studiyaya dəvət olunan Hüseynin sağlam dodaqla rəsmini çəkən gənc rəssam Akif Əmirov ekspert qismində əyləşən professor Vaqif Qələndərdən uşağın dodağını məhz çəkdiyi rəsmdəki kimi görmək arzusunda olduğunu bildirmişdir. Həkim balaca Hüseynin dodağınının əməliyyatını öz üzərinə götürərək, normal dodaq halına gətirəcəyini söz verib.

Qeyd edək ki, “Ümidlə Gəl” proqramı bir çox xəstə və imkansız ailələrə dəstək olmaq məqsədi ilə yaradılıb, hazırda fəaliyyətini uğurla davam etdirir.

Proqramın informasiya dəstəkçisi Manera.az saytıdır.
"Ümidlə gəl"... -Verilişdə baş verənlər
"Ümidlə gəl"... -Verilişdə baş verənlər


Baxış sayı - 1 291 | Yüklənmə tarixi: 10.03.2018 19:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031