manera.az
manera.az

Bu çay qarın piylərini əridir

📅 30.04.2015 23:04

Bu çay qarın piylərini əridir

Daha incə bədən quruluşuna sahib olmaq üçün təbiətin möcuzələrindən istifadə edin. Mütəxəssislər tərxun çayının qarın piylərini əritməkdə çox effektli olduğunu söyləyirlər.

Türkiyəli dietoloq Səlahəttin Dönməz qarın yağlarını əritmək üçün tərxun çayının möcüzəli xüsusiyyətlərindən istifadə etməyi tövsiyə edir. O: “Bu çay ilə artıq yağlardan xilas olmağınız mümkündür. Əlbəttə, yeməyinizə diqqət etmək və hərəkətsiz qalmamaq şərtilə istədiyiniz nəticəni daha tez əldə bilərsiniz”, - deyib.

Bu çay həm qarın yağlarını əridir, həm də yağlanmanın qarşısını alır. Dietoloq Səlahəttin Dönməzin resepti olan tərxun çayının hazırlaması son dərəcə bəsitdir.

Tərkibi:

1 ədəd limon qabığını rəndələyin
1 ovuc içi qədər təzə tərxun
1 ovuc içi qədər təzə adaçayı
1 çimdik quru cökə yarpaqları
1 çay qaşığı mixək

Hazırlanması:

Bütün bitkiləri çini, ya da şüşə bir çaydana tökün. Üzərinə 2 stəkan qaynanmış su əlavə edin. Çaydanın qapağını bağlayıb dəmə qoyun. Yeməkdən əvvəl bir fincan için.
Bu çay şəkərsiz içilir.


Baxış sayı - 2 176 | Yüklənmə tarixi: 30.04.2015 23:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031