Platon Oyunskinin "Qırmızı şaman"ı Azərbaycan dilində

Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyunskinin 125 illik yubileyi münasibəti ilə Bakıda kitabı gün üzü görüb.
Aida xanım Eyvazlının ruscadan çevirdiyi kitabda ustad ədibin bir dastan, bir esse və üç povesti toplanıb.
Kitabın baş redaktoru və layihə rəhbəri Əkbər Qoşalıdır.
Kitabın məsləhətçiləri Saxa (Yakutiya) Respublikasının Millət vəkili, Saxanın Fəxri vətəndaşı Əliş Məmmədov və Saxa Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, rəyçiləri isə Millət vəkili, Akademik Nizami Cəfərov və Millət vəkili dr. Cavanşir Feyziyevdir.
"Qırmızı Şaman"ın redaktoru gənc yazar Taleh Mansur, korrdinatorları isə Saxalı gənc yazarlar Qavril Gavril Androsovla Rustam Kazhenkindir.
Kitab "Zərdabi" Nəşrlər Evində gün üzü görüb.
Rusiya Federasiyasından qıraqda, o cümlədən Azərbaycanda (qardaş dildə) bu miqyas və formatda ilk dəfə təqdim olunan "Qırmızı şaman"ın 2019-cu ildə Azərbaycanda və Saxada tanıtım törənləri nəzərdə tutulub.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.