manera.az
manera.az

Nərmin Kamalın yeni kitabı çap olunub

📅 26.01.2017 11:06

Nərmin Kamalın yeni kitabı  çap olunub

Yazıçı Nərmin Kamalın "Küçədən Keçən Adam haqda yazılar" adlı yeni kitabı Alatoran Yayınlarında çapdan çıxıb.

"Küçədən Keçən Adam haqda yazılar" kitabında Nərmin Kamalın 70-ə yaxın essesi toplanıb. Yazıçı kitabı haqda Oxu Zalına bunları deyir:

"Niyə küçədən keçən adam? Çünki küçədən keçən adam hər kəsdir, həm də neytral adamdır. Biri o biriylə mübahisə edəndə deyir, çıx küçədən 3 nəfər kişi çağır, gör mən düz deyirəm, ya yox".

Kitabı Bakının kitab dükanlarından - Nizami adına Ədəbiyyat Muzeyinin altındakı kitab dükanından, Kitabevim.az kitab marketindən, "Bakitab" dükanından almaq mümkündür. Kitab həmçinin bazar ertəsindən etibarən "Ali&Nino" kitab dükanlarında satışda olacaq.

Qeyd edək ki, "Küçədən Keçən Adam haqda yazılar" yazıçının sayca üçücü kitabıdır. Bundan əvvəl Nərmin Kamalın "Umberto Eko və postmodernizm fəlsəfəsi" araşdırması və "Aç mənəm" romanı işıq üzü görmüşdü.



Baxış sayı - 1 859 | Yüklənmə tarixi: 26.01.2017 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930