manera.az
manera.az

Çingiz Aytmatovun əsəri əsasında film çəkilib

📅 21.12.2018 22:05

Çingiz Aytmatovun əsəri əsasında film çəkilib
Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim” əsəri əsasında Özbəkistan və Qırğızıstan kinemotoqrafçılarının birgə layihəsi ilə çəkilən "Sərv qamətli dilbərim” filmi dekabr ayının sonlarından Türkiyənin İstanbul, Ankara, Kastamonu və Antalya şəhərlərində ekranlara çıxarılacaq.

Manera.az xəbər verir ki, filmin rejissoru Sərvər Kərimov, ssenari müəllifi qırğız dramaturqu Kerez Zarlikovadır.

Baş rolları özbək aktyorları Adiz Rəcəbov və Uluqbəy Kadırov, qırğız aktyorları Mədinə Talinbek və Elina Aybay ifa edirlər.

Filmdəki Asal rolunun ifaçısı Mədinə Talinbek noyabr ayında Daşkənddə keçirilən "Prologie” dördüncü beynəlxalq kinofestivalında "Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

MANERA.AZ


Baxış sayı - 1 229 | Yüklənmə tarixi: 21.12.2018 22:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031