manera.az
manera.az

ATMU-da ümummilli liderə həsr olunmuş anım tədbiri

📅 12.12.2018 23:34

ATMU-da ümummilli liderə həsr olunmuş anım tədbiri

Azərbaycan Turizm və Menecment Universitetində ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ATMU-nun rektoru İlham Mədətov 15 il əvvəl Azərbaycan xalqının yaşadığı hüznlü anları xatırladıb.

Rektor qədirbilən xalqımızın bütün şüurlu həyatını Vətənin tərəqqisinə, inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu xəbəri ilə sarsıldığını, həmin tarixdən illər keçsə də dünyanın hər yerində dekabrın 12-nin ulu öndərin anım günü kimi hörmətlə, məhəbbətlə qeyd edildiyini xüsusi vurğuladı. Diqqətə çatdırdı ki, ümummilli lider hələ Sovet dönəmində böyük uzaqgörənlik və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə zəmin yaratmışdı.

“Bu səbəbdən də fəxrlə deyə bilərik ki, vətənsevər insanları, iqtisadi potensialı, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə diqqət çəkən müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin şah əsəridir”.

Anım mərasimində ATMU-nun xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, “Heydər Əliyev lektoriyası”nın rəhbəri Məhərrəm Zülfüqarlı ulu öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərin miqyası, həyata keçirdiyi mühüm layihələrin uğurlu icrası, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi prosesindəki saysız xidmətlərini ətraflı şərh ediblər.

Tədbir ümummilli liderə həsr olunan videoçarxın nümayişi ilə yekunlaşıb.


Baxış sayı - 1 027 | Yüklənmə tarixi: 12.12.2018 23:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031