
Hələ gənc ikən şöhrətin zirvəsinə qalxan, möhtəşəm səsə sahib Whitney Houstonun həyatı həm maraqlı, həm də acınacaqlıdır.
Whitney Houstonun 9 avqust 1963-cü ildə Nyu-Cersidə anadan olub. Musiqi və incəsənətə yaxın olan ailədə böyüyən balaca qızcığaz uşaq yaşlarından istedadı və məlahətli səsi ilə ətrafdakıların diqqətini özünə cəlb etməyi bacarmışdı.
8 il öncə aşırı narkotik qəbulundan həyatını itirən müğənni haqqında bilinməyən 10 maraqlı faktı tqədim edirik:
1) Whitney heç vaxt müğənni olmaya bilərdi. Belə ki, uşaq vaxtı qardaşı ilə oyun oynayarkən qırtlağından ağır zədə alır. Belə ki, paltar asılqanı onun boğazına batır və həkimlərin bildiridiyinə görə əgər asılqan 1 santimetr də dərinə batsaydı, o nəinki oxuya, ömürlük danışa da bilməzdi...
2) Whitney karyerasına model kimi başlayıb. O ilk qaradərili modellərdən hesab olunur.
3) Ötən əsrin 70-ci illərində Elvis Presli “I Will Always Love You” mahnısını oxumaq üçün icazə istəyir, lakin müğənni buna razılaşmır və həmin mahnını 1992-ci ildə “Mühafizəçi” filmində özü ifa edir. Bu mahnı ona böyük şöhrət gətirir.
4) Həmçinin “I Will Always Love You” mahnısı siyasətə də qarışmışdı. Belə ki, Səddam Hüseyn öz seçki kompaniyasında həmin mahnıdan istifadə etmişdi.
5) “Mühafizəçi” filminin çəkilişlərində bir neçə maraqlı hadisələr baş vermişdi. Witney əvvəlcə çəkilişlərdə tərəf müqabili ilə yola getmir, onun hərəkətlərinə qarşı əsəbi və dözülməz yanaşırdı. Daha sonra tərəf müqabili onunla ortaq nöqtələri tapmağı bacarır və beləliklə möhtəşəm bir film ərsəyə gəlir. “I Will Always Love You” mahnısı isə bütün dövrlərin ən yaxşı kino sountrekti seçilir.
6) 26 yaşında “Uşaqlara kömək” fondunu yaradır. Öz toyunda qonaqlardan hədiyyələr əvəzinə fonda pul köçürmələrini xahiş etmişdi.
7) 2002-ci ildə VVhitneyin atası onu məhməyə verir. Onu müqavilə şərtlərini pozmaqda ittiham edir. Bir neçə ildən sonra rəhmətə gedən atanın işini Vitneyin ögey anası davam etdirir. O da öz növbəsində Witneyin atasına çatacaq pulların onun hesabına köçürülməsini tələb edir...
8) Whitney aktyor Eddi Merfi ilə görüşürdü, daha sonra isə Bobbi Braunla evləndi. Aktyor Robert de Niro isə qarşılıqsız Witneyə aşiq idi...
9) Bobbi Braunla görüşə qədər Witneyin adı heç bir qalmaqal və şaiyələrdə hallanmırdı. O özünü yaxşı tərəfdən göstərməyi bacarırdı. Lakin 2000-ci ildə onun adı narkotik qəbulunda hallanır. Həyat yoldaşı narkotiklərlə mübarizə idarəsinə bununla bağlı müraciət də edir. Təəssüf ki, narkotik asılığından müğənnini qurtarmaq olmur...
10) Whitney 11 fevral 2011-ci ildə Baverly otelində ölüb. Otelin administrasiyasının qərarına əsasən faciədən sonra həmin nömrə birdəfəlik bağlanır... Hazırladı: Tural Cəfərli
Manera.az
Baxış sayı - 2 187 |
Yüklənmə tarixi: 13.11.2018 11:59