manera.az
manera.az

"AzDrama" qastrol tamaşası ilə çıxış edib

📅 11.11.2018 13:38

"AzDrama" qastrol tamaşası ilə çıxış edib
Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Balakən və Qaxda qastrol tamaşası ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakən, 7-də Zaqatala, 8-də isə Qax teatrsevərləri qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edib.

Təqdim olunan səhnə əsəri rayon ictimaiyyəti, teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı, Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
"AzDrama" qastrol tamaşası ilə çıxış edib
Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Ləman İmanova (Röya), Mirzə Ağabəyli (Bayram), Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), Kazım Həsənquliyev (Elman), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), İlahə Həsənova, Fəridə Şahbazova (Delisay) və aktyor Ramin Şıxəliyev (Timur) çıxış edib.

Qeyd edək ki, Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

MANERA.AZ


Baxış sayı - 1 072 | Yüklənmə tarixi: 11.11.2018 13:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031