manera.az
manera.az

"Şahanənin nağılı" təqdim olunub

"Şahanənin nağılı" təqdim olunub
Oktyabrın 27-də "Azərkitab"da gənc yazar Şahanə Müşfiqin şeirlər kitabının imza günü keçirilib.

Tədbirdə tanınmış ədəbiyyat, mədəniyyət xadimləri, ziyalılar, gənc yazarlar, poeziyasevərlər, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq Şahanə Müşfiqin az zamanda qazandığı yaradıcılıq uğurlarından danışıb. Onun Azərbaycan Yazıçılar Birliyinin üzvü, ikinci Gənc Ədiblər Məktəbinin müdavimi, gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident təqaüdçüsü olduğunu, 2017-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsi üzrə "İlin gənci" seçildiyini, müxtəlif müsabiqələrdə uğurlar qazandığını, ötən il Türkiyədə keçirilən Birinci Türk Dünyası Gənc Yazarlar görüşündə ölkəmizi layiqincə təmsil etdiyini xatırladıb. R.Məcid Şahanənin artıq iki ildir "525-ci qəzet"in mədəniyyət müxbiri kimi fəal şəkildə çalışdığını, bu zaman ərzində özünün müxtəlif səpkili yazıları ilə müntəzəm çıxış etdiyini vurğulayıb. O, gənc yazarın fitri istedadı və savadı ilə yanaşı, zəhmətkeşliyinin də uğur qazanmağında müstəsna rolu olduğunu deyib. AYB katibi gənc yazarın həm ənənələrə, həm də yeniliklərə, müasirliyə qarşı həssaslığını vurğulayıb, onun yazılarında bu iki cəhətin üstünlüyündən danışıb. R.Məcid "Şahanənin nağılı"nın "aybKitab" layihəsində çap olunduğunu diqqətə çatdırıb.

Yazıçı Aqşin Babayev Şahanə Müşfiqlə tanışlığından söz açıb. O, "525-ci qəzet"də mütəmadi olaraq yazılarını oxuduğu və bəyəndiyi gənc yazarla bir müddət öncə onun hekayələri əsasında yazdığı məqalədən sonra şəxsən tanış olduğunu deyib. Ş.Müşfiqin mətnə özünəməxsus yanaşma tərzinin, aydın baxışlarının olduğunu deyən yazıçı, bunun zəngin mütaliədən və dünyagörüşdən irəli gəldiyini vurğulayıb. O, həmçinin, Şahanənin zəhmətkeşliyindən bəhs edib və təqdirəlayiq hal kimi vurğuladığı qəzetin bir nömrəsində onun bir neçə yazısının çap olunmasını da bununla əlaqələndirib.

"aybKitab" layihəsinin rəhbəri Xəyal Rza çıxışında gənc yazarın çox qısa müddətdə öz istedadı və xarakteri ilə ədəbi mühitdə sevildiyini, onun yaradıcılığına Sabir Rüstəmxanlı, Fikrət Qoca kimi Xalq şairlərinin yüksək qiymət verdiklərini diqqətə çatdırıb. Şahanənin gələcək yaradıcılıq fəaliyyətində daha böyük uğurlar qazanacağına inandığını deyən Xəyal Rza müəllifin "Ona qalıb" şeirini səsləndirib.

Yazıçı Zahid Sarıtorpaq da Ş.Müşfiqin istedadını yüksək qiymətləndirərək, gənc yaşına rəğmən önəmli uğurlar qazandığını, həm ədəbi mühitdə, həm də oxucular arasında sevildiyini qeyd edib.

Şahanənin ilk qələm təcrübələri ilə hələ illər öncə ilk tanış olanlardan biri olduğunu deyən Bakı Dövlət Universitetinin müəllimi Sevinc Muğanna onun işıqlı gələcəyinə elə o vaxtdan inandığını vurğulayıb. S.Muğanna Ş.Müşfiqin ilk kitabı "Qaranlıqlar günəşi"nin də ilk oxucusu olduğunu deyib. Atası, Xalq yazıçısı İsa Muğannanın Şahanənin ilk əsəri ilə tanış olduğunu və ondakı istedadı gördüyünü xatırlayan S.Muğanna Şahanənin addım-addım onların ümidlərini doğrultduğunu və bundan sonra da doğruldacağına inandığını deyib.

Yazıçı Qan Turalı bir neçə il öncə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində Şahanə Müşfiqə dərs dediyini və hələ o illərdən ondakı istedadın, yaradıcılıq potensialının fərqində olduğunu deyib. O, Şahanədəki istedadın onun zəngin mütaliəsi, milli və dünya ədəbiyyatına dərindən bələdliyi ilə daha da cilalanaraq inkişaf etdiyini vurğulayıb. Qan Turalı Şahanənin şeirlərinin nəsr və publisistikasından fərqli olaraq, daha çox hissləri, duyğuları ilə bağlı olduğunu deyib.

Şahanə Müşfiqin bir jurnalist kimi onun da yaradıcılığında izi olduğunu vurğulayan AYB-nin Qubadlı bölməsinin sədri Namiq Məna gənc yazarın artıq bir publisist, şair və yazıçı kimi sevildiyini, öz imzasını təsdiq etdiyini bildirib. "Şahanənin nağılı" kitabındakı şeirlərin kövrək bir şair qəlbinin məhsulu olduğunu deyib. O deyib ki, Şahanənin şeirləri onun sözə qarşı necə həssas yanaşdığının bariz nümunəsidir. O, şeirlərində az sözlə çox böyük mətləbləri ifadə edir. Namiq Məna çıxışının ardından "Şahanənin nağılı" kitabındakı "Dünən ayrılmağa gəldik görüşə" şeirini səsləndirib.

Təqdim olunan kitabla və Şahanənin yaradıcılığı ilə yaxından tanış olduğunu deyən tənqidçi Akəm Xaqan onun şeirlərindəki özünəməxsusluqdan, poetik ifadə tərzinin zənginliyindən söz açıb.

Oxuculardan Kəmalə Nura Şahanəni həm bir insan, həm də şair kimi çox sevdiyini deyib, onun "Zirvə" şeirini səsləndirib.

Çıxış edən qonaqlardan Nazilə Gültac, Cavanşir Müəllim və başqaları Şahanə Müşfiqin şair, yazıçı, publisist kimi fəaliyyətini yüksək qiymətləndirib, onu yeni kitabı münasibətilə təbrik ediblər. Nazilə Gültac müəllifin yeni təqdim olunan kitabdakı şeirlərindən səsləndirib.

Sonda müəllif kitabın çapında və imza gününün təşkilində əməyi olan AYB-yə, şəxsən Rəşad Məcid və Xəyal Rzaya, "aybKitab" layihəsinə, "Azərkitab"a və tədbirə gələn qonaqlara, çıxışçılara təşəkkürünü bildirib, kitabın adına da aydınlıq gətirib: "Məndən ən çox kitabın adının niyə "Şahanənin nağılı" olduğunu soruşurlar. Hörmətli Xalq yazıçımız Sabir Rüstəmxanlı şeirlərimi oxuyub kitabıma ön söz yazarkən, hələ kitaba ad qoymamışdıq. O, şeirlərimdəki nağıl motivindən çıxış edərək ön sözə "Şahanənin nağılı" adını verdi. Bu ad mənə çox doğma gəldi. Həqiqətən də mənim üçün həyat böyük bir nağıldır. Onun içərisində yaşadığımız hər anımız isə ayrı nağıllardır. Biz bu nağılların cəmini yaşayırıq. Mən nağıllarda sonda müsbət qəhrəmanların, sevginin qalib gələcəyinə, nağılların həmişə müsbət sonluqla, xoşbəxtliklə bitəcəyinə inanıram. Bu həyat da sevginin qalib gələcəyi, xoşbəxt sonluqla bitəcək bir nağıldır mənə görə. Mən buna bütün qəlbimlə inanır və hər kəsin öz nağılının ürəyi istədiyi sonluqla bitməsini diləyirəm".

Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.
Fotolar Nofəl Ümidindir../525.az/

"Şahanənin nağılı" təqdim olunub
"Şahanənin nağılı" təqdim olunub
"Şahanənin nağılı" təqdim olunub
"Şahanənin nağılı" təqdim olunub
"Şahanənin nağılı" təqdim olunub

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031