manera.az
manera.az

Ən yaxşı cizgi filmi və ssenari müəllifləri elan olundu

Ən yaxşı cizgi filmi və ssenari müəllifləri  elan olundu
Bakıda ilk dəfə keçirilən, 2018-ci ilin oktyabrın 19-dan 21-dək (cəmi 3 gün) davam edən ANİMAFİLM 1-ci Bakı Beynəlxalq festivalı başa çatıb.

Festivalı başda direktor Rəşid Ağamalıyev olmaqla “PERİ FİLM” və Azərbaycan, Çexiya, Rusiya, İran, İsrail, Türkiyə və Gürcüstanı əhatə edən bir qrup könüllü yaradıcı qrup təşkil etmişdi. Dünyanın 63 ölkəsindən müsabiqəyə 480 film, 15 ssenari təqdim edilmişdi.

Festivalın animasiya filmləri üzrə münsiflər heyətinə tanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundovun (Azərbaycan) başçılığı ilə bir sıra xarici mütəxəssislər daxil idi.

Festivalın ssenarilər üzrə isə ayrıca beynəlxalq münsiflər heyəti fəaliyyət göstərirdi.
Ən yaxşı cizgi filmi və ssenari müəllifləri  elan olundu

Xəbər verdiyimiz kimi, festivalın ilk günü oktyabrın 19-da “ReAnimasiya” sərgisinin açılışı, Azərbaycan animasiyası tarixindən bəhs edən ikidilli ilk fundamental əsər - “Azərbaycan animasiyası” kitabının təqdimatı, uşaqlar üçün kukla tamaşası, Azərbaycan animasiyasının korifeyləri Elçin Hami Axundov, Firəngiz Qurbanova, Məsud Pənahi, Ramiz Ağayev və Aleksandra Şirinovanın iştirakı ilə Azərbaycan animasiya filmlərinin nümayişi, günün sonunda isə festivalın açılış mərasimi oldu.

Oktyabrın 20-də Gürcüstandan gəlmiş qonaqlar, tanınmış animasiya ustaları Arçil Kuxianidze və Peter Tomadze 12-16 yaşlı uşaqlar üçün “ustad dərsi” keçirdilər. Sonra həmvətənimiz, Rusiyanın tanınmış kinorejissoru Cahangir Süleymanov izləyicilər üçün “ustad dərsi” keçdi. Həmin gün qonaqlar Marqarita Tsiqanoviç və Katerjina Karxankova ilə birlikdə festivalın müsabiqə proqramında “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyası üzrə filmlərin bir qismi ilə tanış oldular. Festival İran animasiya filmlərinin nümayişi ilə davam etdi. Həmin gün ANİMAFİLM-in qonaqları “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyası üzrə filmlərlə tanışlığı davam etdirdilər. Günün sonunda isə Azərbaycan animasiya filmlərinin nümayişi həyata keçirildi.

Ən yaxşı cizgi filmi və ssenari müəllifləri  elan olundu

Oktyabrın 21-də, festivalın 3-cü günü Gürcüstandan gələn animasiya rejissorları Arçil Kuxianidze və Peter Tomadze 16-20 yaşlı gənclərimizlə animasiya sənətinin sirlərini bölüşərək növbəti vorkşop keçirdilər. Azərbaycanlı uşaqlar ilk dəfə öz multfilmlərini yaradıb onları nümayiş etdirdilər. Sonra Slovakiya rejissoru Lenka İvançikova öz çəkdiyi bir multfilmi nümayiş etdirərək onun çəkiliş texnikası ilə iştirakçıları tanış edərək, onların suallarını cavablandırdı.

Həmin gün festival Gürcüstan animasiyasının retrospektiv nümayişi və “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyası üzrə müsabiqə proqramı ilə davam etdi, Sonra hazırda Almaniyada yaşasa da Azərbaycan animasiya tarixində maraqlı filmləri ilə səhifə açan rejissor və animator Məsud Pənahi ilə görüş və onun filmlərinin nümayişi keçirildi, Məsud Pənahi iştirakçıların suallarını cavablandırdı. Günün sonunda isə Azərbaycan animasiya tarixində ilk dəfə keçirilən ANİMAFİLM 1-ci Bakı Beynəlxalq Animasiya festivalının bağlanış mərasimi oldu və qaliblər elan olundu.

ANİMAFİLM festivalının qalibləri:

“Ən yaxşı qısametrajlı animasiya filmi” üzrə Louise Bagnall (İrlandiya Respublikası), “Late Afternoon” (“Günortadan sonra”) animasiya filmi “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” üzrə Samir Salahov (Azərbaycan Respublikası), “Continuity” (“Aramsızlıq”) animasiya filmi “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” üzrə Zeynab Ghorbani Faryad (İran İslam Respublikası), “The Nakhkesh” ssenarisi

Festival BUTA FİLM studiyası, YARAT Müasir İncəsənət Məkanı, “Müasir İncəsənət Mərkəzi” qalereyası, Birləşmiş Rəssamlar Klubu, Nizami Kino Mərkəzinin sponsorluğu ilə baş tutdu.

Qeyd edək ki, festivala MANERA.AZ da media dəstəyi göstərirdi.

Ən yaxşı cizgi filmi və ssenari müəllifləri  elan olundu

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031