manera.az
manera.az

Bakıda Animasiya filmləri festivalı keçirilir

Bakıda Animasiya filmləri festivalı keçirilir

Paytaxt Bakı bu günlərdə daha bir mötəbər festivala ev sahibliyi edir

Xəbər verdiyimiz kimi Bakıda ilk dəfə olaraq beynəlxalq animasiya filmləri festivalı keçiriləcək.

Dünyanın dörd bir yanından animasiya ustaları ölkəmizdə qonaq olacaq, ölkələrinin animasiya filmlərini gətirməklə yanaşı, Azərbaycan mədəniyyətinin təbliğatçısına çevriləcəklər.

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Manera.az -ın informasiya dəstəkçisi olduğu festivalın mətbuat konfransı keçirildi. Konfransda festivalın təşkilatçısı Rəşid Ağamalıyev, yerli animasiya ustaları, Gürcüstan və Sankt Peterburqdan ölkəmizə təşrif buyurmuş qonaqlar, eləcə də KİV nümayəndələri iştirak etdi.

Konfransı giriş sözü ilə açan festivalın təşkilatçısı Rəşid Ağamalıyev qeyd etdi ki, bu festival üçün xüsusi olaraq "PERİ Film" bir qrup könüllü yaradıcı qrup təşkil edib. Yaradıcı qrupun cağrafiyası Azərbaycan, Çexiya, Rusiya, İran, İsrail, Türkiyə və Gürcüstanı əhatə edir. Dünyanın 63 ölkəsindən müsabiqəyə 480 film, 15 ssenari təqdim edilib.

Qeyd edək ki, festivalın animasiya filmləri üzrə münsiflər heyyəti tanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundov, tanınmış animasiya rejissoru Cahangir Süleymanov (Rusiya), animasiya sahəsində peşəkar mütəxəssis Ketevan Canelidze (Gürcüstan), Beynəlxalq animasiya filmləri assosasiyasının vitse-prezidenti Məhəmməd Qazala(Misir) və kinoşünas Andrey Xovanetsdən (Slovakiya) ibarətdir.

Konfrans qonaqların çıxışları və sual cavab mərhələsi ilə davam etdi.

Festival oktyabrın 19-21-i tarixlərində Bakının üç fərqli məkanında keçiriləcək.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31