manera.az
manera.az

Pantomima Teatrında yeni tamaşa təqdim edilib

📅 08.10.2018 13:27

Pantomima Teatrında yeni tamaşa təqdim edilib
Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşa - “d`Dorian” (musiqi ladlarından biri) təqdim olunub.

Teatrdan MANERA.AZ-a bildirilib ki, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin “d Dorian” adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları Əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, şeirlərin müəllifləri Əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur.

Sevgi mövzusuna həsr edilən səhnə əsərinin məğzi belədir: Onlar bir-birini görüblər, tanış olub daha da bəyəniblər, vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi olan gözü qara eynəkli, əynində nimdaş plaş, üzünü-başını saç-saqqal basmış gitaraçı. Gənc qadın yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əsginas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.


Baxış sayı - 1 056 | Yüklənmə tarixi: 08.10.2018 13:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031