manera.az
manera.az

"Kitabi-Dədə Qorqud" balkar dilində

📅 29.09.2018 19:29

"Kitabi-Dədə Qorqud" balkar dilində
Kitablar kitabı olan möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanı yaxın günlərdə "Appam Korkutnu kitabı: Dastan" adı ilə Nalçikdə "Print Sentr" nəşriyyatı tərəfindən Qaraçay-Çərkəz və Kabarda-Balkar Respulikalarının xalq şairi Qurtulanı Salixdinin tərtibçiliyi və uyğunlaşdırması ilə tarixdə ilk dəfə balkar dilində işıq üzü görüb.

Kitaba əhatəli ön söz yazan Q.Salixdi bütövlükdə ölməz türk dastanları haqqında müfəssəl məlumat verir və ortaq türk mədəniyyəti örnəklərinə istinadən, türk millətinin oğuz boyuna məxsus qövmün mədəniyyət tariximizə bəxş etdiyi ortaq abidələrdən söz açır.

Bu barədə kitabın "Giriş" bölməsində də yetərincə məlumat və müqayisələr yer alıb. Sonra "Kitabi-Dədə Qorqud"un Drezden və Vatikan nüsxələrindən məlum olan boylar ardıcıllıqla Q.Salixin uğunlaşdırması ilə yeni nəşrə daxil edilib.

Yeni nəşr hər bir halıyla bütün türk qövmlərinin dili bir, ruhu bir olduğunu, eyni kökdən gəldiyini ortaya qoyur. Belə deyək ki, heç bir çevirmə və tərcüməyə ehtiyac duymadan türkdilli xalqlar üçün "Dədə Qorqud" anlaşılan və maraqlıdı.

MANERA.AZ


Baxış sayı - 2 213 | Yüklənmə tarixi: 29.09.2018 19:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930