manera.az
manera.az

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşr olunur - İlk dəfə

📅 20.02.2018 12:14

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşr olunur - İlk dəfə
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi “XAN” nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunacaq.

Dastanın Vatikan nüsxəsi İtaliyanın Vatikan kitabxanasında qorunur, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə və altı boydan ibarətdir.

“Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çevrilərək, Azərbaycan oxucusuna təqdim ediləcək.

Abidəni transliterasiya edən, önsöz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.

Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çapa hazırlanır./parafr.az/


Baxış sayı - 2 462 | Yüklənmə tarixi: 20.02.2018 12:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930