manera.az
manera.az

Dahi bəstəkarın şəxsi arxivinin təsviri çapdan çıxıb

📅 18.09.2018 12:02

Dahi bəstəkarın şəxsi arxivinin təsviri çapdan çıxıb
"Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivinin təsvirini çap edib.

İnstitutdan MANERA.AZ-a bildirilib ki, arxivdə Ü.Hacıbəylinin tərcümeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb.

Bu materialları filologiya üzrə fəlsəfə doktoru, mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir ediblər. Kitabın elmi redaktoru Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmlər doktoru Paşa Kərimovdur.


Baxış sayı - 1 357 | Yüklənmə tarixi: 18.09.2018 12:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930