manera.az
manera.az

Qocalma əleyhinə preparat

📅 20.08.2018 10:34

Qocalma əleyhinə preparat
Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar.

Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar.

Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrini laboratoriya sınağından keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən “yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər.

Alimlərin fikrincə, göstərilən birləşmələr əsasında preparatlar təkcə uzunömürlülüyü artırmağa deyil, eyni zamanda, onun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bundan başqa, mitoxondriyə belə təsir ürəktutması və insult riskini azaltmağa kömək edəcək.




Baxış sayı - 1 134 | Yüklənmə tarixi: 20.08.2018 10:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930