manera.az
manera.az

Xərçəng xəstəliyini dəqiq diaqnozlaşdırmaq olacaq

📅 04.08.2018 17:49

Xərçəng xəstəliyini dəqiq  diaqnozlaşdırmaq olacaq
Alimlər xərçəng xəstəliyini 90 faiz dəqiqliklə diaqnozlaşdırmağı öyrəniblər

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin “Arktika” Elmi Mərkəzinin ekspertləri əmindirlər ki, baş beyinin ritmik fəaliyyətinin innovativ qeydiyyat cihazı Rusiyada onkoloji xəstəliklərdən ölüm hallarını azaltmağa imkan verəcək.

MANERA.AZ “vistanews” saytına istinadla xəbər verir ki, unikal qeydiyyat cihazı iki ədəd hazırlanıb. Onların birindən Vladivostok alimləri, digərindən isə Maqadan mütəxəssisləri istifadə edirlər. Baş beyinin ritmik fəaliyyətini müşahidə edən həkimlər insan bədənindəki hər hansı orqanın xərçəngə tutulmasını 90 faiz dəqiqliklə diaqnozlaşdıra bilirlər. Mərkəzin alimləri bildiriblər ki, gələcəkdə bu cihaz onkoloqlarla yanaşı, ginekoloq, endokrinoloq, kardioloq, oftalmoloq və qastroenteroloqların da işini asanlaşdıracaq.

Alimlərin fikrincə, tibb elmində xərçəngin diaqnostikası sahəsində bu cihaz qədər dəqiq vasitə olmayıb. Bu səbəbdən beynəlxalq ekspertlər, xüsusilə çinlilər Maqadan mütəxəssislərinin ixtirası ilə maraqlanırlar.


Baxış sayı - 926 | Yüklənmə tarixi: 04.08.2018 17:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031