manera.az
manera.az

Bilik Fondu Şamaxıda tədbir keçirib

📅 13.08.2018 16:01

Bilik Fondu Şamaxıda tədbir keçirib
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir. Həmçinin Fond milli-mənəvi dəyərlərin təbliği, gənclərdə elmi və bədii mütaliəyə marağın artırılması, onlara kitaba sevginin və oxu mədəniyyətinin aşılanması istiqamətində mühazirə və görüşlər təşkil edir.

Fonddan MANERA.AZ-a verilən məlumata görə, bu silsilədən növbəti mühazirə Şamaxı şəhər Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyətinnin baş məsləhətçisi Səbuhi Həsənov Bilik Fondu ilə İcra Hakimiyyətinnin birgə həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb. Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət - şanlı tariximiz” mövzusunda mühazirsəindən sonra ARB televiziyasının nəzdində “Aranfilm”in istehsal etdiyi eyni mövzuda “Sarmaşıqlı məzarlar” filmi nümayiş etdirilib.

İkinci maarifləndirici tədbir Şamaxı Mədəniyyət Evində təşkil olunub. Fondun əməkdaşının “Kitabın verdiyi dəyərlər” mövzusunda mühazirəsi yerli gənclər tərəfindən maraqla qarşılanıb.


Baxış sayı - 1 231 | Yüklənmə tarixi: 13.08.2018 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031