manera.az
manera.az

Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi

📅 23.02.2018 14:27

Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu fevralın 23-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Lənkəran Dövlət Humanitar kollecində “Cümhuriyyətimizin 100 ili” çərçivəsində tədbir təşkil edib.

Tədbirdə Bilik fondunun nümayəndəsi, kollecin direktoru dosent Ruslan Həmidov, müəllim kollektivi və tələbələr iştirak edib.

Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi

Tədbiri giriş sözü ilə açan direktor R. Həminov Bilik Fondunun lektoru, Manera.az saytının baş redaktoru Şəhla Aslanı iştirakçılara təqdim edib.
Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi

Şəhla Aslan çıxışında Bilik Fondunun fəaliyyəti haqqında dinləyicilərə geniş məlumat verərək, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət siyasəti” mövzusunda mühazirə oxuyub.

Lektor Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini bildirərək qeyd edib ki, Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin, teatrların, ali məktəb müəssisələrinin, kitabxanaların, yaradılması istiqamətində mühüm işlər görmüşdür. Həmin dövrdə mədəniyyətimizin tarixində böyük hadisələr baş verib; Bakıda ilk ali məktəb, «İstiqlal» muzeyi, «Türk Ocağı» Cəmiyyəti, «Azərbaycan» qəzeti, Türk dilində ilk böyük kitabxana, ilk rəssamlıq studiyası, çoxsaylı oğlan və qız gimnaziyaları və s. məhz o dövrdə yaradıldı.
“Azərbaycan xalqı öz istiqlalını əldə etdikdən sonra ədəbi mühitdə də böyük canlanma baş verdi. Belə ki, həmin dövrdə şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənirdi və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı.” –deyə Şəhla Aslan bildirib.

Mühazirənin sonunda Lektor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mühazirə dinləyicilər tərəfində maraqla qarşılanıb.

Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi
Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi
Bilik Fondu Lənkəranda Xalq Cümhuriyyəti mövzulu tədbir təşkil etdi
MANERA.AZ


Baxış sayı - 2 850 | Yüklənmə tarixi: 23.02.2018 14:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031