manera.az
manera.az

Rus Dram Teatrında “Payız sonatası” tamaşası göstəriləcək

📅 03.08.2018 16:05

Rus Dram Teatrında “Payız sonatası” tamaşası göstəriləcək
Sentyabrın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi və Boris Yerxovun tərcüməsi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşası göstəriləcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ- a bildiriblər ki, “Payız sonatası” tamaşasının süjet xətti dul qalmış dünya şöhrətli pianoçu Şarlottanın keşiş əri və xəstə bacısı ilə səs-küydən uzaq əyalət qəsəbəsində yaşayan qızı Yevanın yanına getməsi üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır.

Tamaşada rolları Xalq Artisti Lyudmila Duxovnaya (Şarlotta), aktyorlar Rumiyə Ağayeva (onun qızı Yeva), Tamilla Abutalıbova (qızı Yelena) və Aleksey Saprıkin (Yevanın əri Viktor) ifa edirlər.
Rus Dram Teatrında “Payız sonatası” tamaşası göstəriləcək


Baxış sayı - 1 089 | Yüklənmə tarixi: 03.08.2018 16:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031