manera.az
manera.az

“Afina axşamları” təqdim olunacaq MANERA.AZ

📅 14.12.2015 11:00

“Afina axşamları”  təqdim olunacaq MANERA.AZ
manera.az
2016-cı il yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Afina axşamları” tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Pyotr Qladilinin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasovadır. Tamaşanın musiqi tərtibatı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovundur.

Rolları Xalq Artisti Səfa Mirzəhəsənov, Əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Natalya Şarovskaya, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov oynayacaqlar.


Baxış sayı - 1 426 | Yüklənmə tarixi: 14.12.2015 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031