manera.az
manera.az

Tanınmış uşaq yazıçısı ilə görüş

📅 21.07.2018 20:23

Tanınmış uşaq yazıçısı ilə görüş
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kitabxanada təşkil edilən uşaq ədəbiyyatı sərgisi ilə tanış olublar.

Tədbirdə G.İbrahimovanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində “Gülzar nənə” təxəllüsü ilə tanınır.

Görüş zamanı Gülzar İbrahimova iştirakçılara öz şeirlərini səsləndirib, oxucuların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib.

Ayxan Qafarlının, Firuzə Zeynalovanın, Ziya Nəzirlinin və Aqil Əmirlinin söylədiyi şeirlər tədbiri daha da rəngarəng edib.

Sonda Gülzar İbrahimova tədbir iştirakçılarına müəllifi olduğu “Ciddi ol!” yumorlar kitabını və “Sehirli dünya” jurnalının sonuncu nömrəsini hədiyyə edib.


Baxış sayı - 1 336 | Yüklənmə tarixi: 21.07.2018 20:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930