Tanınmış uşaq şairinin kitabı çıxdı

Tanınmış uşaq şairi Rafiq Yusifoğlunun “Nağıl qapısı” adlı şeirlər kitabı çıxıb.
Manera.az-ın verdiyi xəbərə görə, kitabda rəngarəng mövzulu şeirlər müxtəlif bölmələr altında toplanıb.
Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap olunub.
Kitabın redaktoru Zahid Xəlildir.