manera.az
manera.az

Teatr 90-cı mövsümü başa vurdu

📅 16.07.2018 14:30

 Teatr 90-cı mövsümü başa vurdu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı, yaradıcılıq planına uyğun olaraq hazırlanmış yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələr ilə yaddaqalan olub.

Kollektiv mövsüm müddətində 10-dan çox beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin məktəblilər və böyüklər üçün ümumilikdə 12 yeni tamaşa hazırlayaraq teatrsevərlərin ixtiyarına verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilib və sevindirici haldır ki, onların sırasında Gənc Tamaşaçılar Teatrının aktyorları da yer alıb.

Manera,az xəbər verir ki,, teatr özünün 90-cı mövsümünə uşaqlar üçün “Çipollino” və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yekun vurub.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar Artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyevdir. Rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova və başqaları ifa ediblər.


Baxış sayı - 1 072 | Yüklənmə tarixi: 16.07.2018 14:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031