manera.az
manera.az

“Gənc Əkinçi” Akademiyasının 3-cü mərhələsinə yekun vurulub

📅 05.06.2018 12:28

“Gənc Əkinçi” Akademiyasının 3-cü mərhələsinə yekun vurulub
İyunun 1-də “İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Gənc Əkinçi” Akademiyasının 3-cü mərhələsi layihəsi keçirilib. Manera.az saytına verilən məlumata görə, üç gün davam edən layihədə bir sıra aktual mövzular müzakirə olunub.

Layihənin ilk günündə çıxış edən peşəkar “vikipediyaçı” Tərxan Paşazadə iştirakçılara “vikipediya”nın günümüzdə önəmindən danışıb: “Hər hansı bir sual bizi maraqlandırdıqda dərhal “Google Chrome” üzərindən axtarış edirik. Qarşımıza öncə “vikipediya” məlumatı çıxır. Bəli, “vikipediya” bu gün ən önəmli virtual ensiklopediyalardan biridir. Azərbaycanda “vikipediya” sahəsində çox az adam fəaliyyət göstərir. Görünən odur ki, fəaliyyət göstərən idarəçilər də könüllülərdir. Məqsəd ölkədə düzgün informasiya formalaşdırmaq və xarici insanlara ölkəmiz və ölkəmizin görkəmli şəxsləri haqqında məlumatlandırmaqdır. Ancaq sual ortaya çıxır: “vikipediya” məlumatı nə qədər düzgündür? Bu günə kimi, 40 min məlumatın yenilənmiş, 10 min yeni məqalənin yerləşdirilməsi və çoxlu sayda şəkillərlə ölkə “vikipediyası”nı zənginləşdirməyə çalışmışam. Dünyada “vikipediya” sahəsində çalışan könüllü istifadəçilərin sayı minlərlə olsa da, bizdə bu rəqəm çox kiçikdir. Səbəbi isə məlumatsızlıqdır. Bildiyimiz kimi, “vikipediya” müxtəlif dillərdə yayımlanan onlayn kitabdır. Burada yerləşdirilən məqaləni,, informasiyanı milyonlarla adam görə bilər. Müharibə şəraitində yaşayan bir xalq kimi, biz ölkəmiz və işğal olunmuş ərazilərimiz haqqında “vikipediya”da məlumat yerləşdirməklə mənfur düşmənlərimizi həqiqətə çağırmış oluruq. Həmçinin, xarici ölkələri də ölkəmiz haqqında məlumatlandırmışıq oluruq”

Layihədə Sənan Nəcəfov “Sosial şəbəkələr - Milli İnformasiya Təhlükəsizliyinin qorunmasında rolu” mövzusunda iştirakçıları məlumatlandırıb. S. Nəcəfovun toxunduğu məqamlardan ən önəmlisi də sosial şəbəkələrdə insanların davranışı, aqressiyası və dezinformasiya məsələləri olub.

Sonra Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədli “Müsahibə” janrı haqqında fikirlərini gənc jurnalistlərlə bölüşüb. Peşəkar jurnalist olmaq üçün nələri bilməyin vacib olduğunu vurğulayıb.

Təlimin üçüncü günü tanınmış hərbi jurnalist Rahib Qərib hərbi jurnalistikanın aktuallığından söz açıb. Hazırladığı reportajların pərdəarxası məqamlarından danışıb, hərbi jurnalistikaya olan marağı ilə ilə bağlı xatirələrini bölüşüb, gənc jurnalistlərə məsləhət və tövsiyələrini verib.

3 gün davam edən layihənin sonuncu günü Quba Rayon Gənclər və İdman İdarəsində rayon gəncləri ilə görüş keçirilib. Görüşə “QHTxəbər.az” portalının baş redaktoru Sənan Nəcəfov və Rahib Qəribin çıxışı ilə yekun vurulub.


Baxış sayı - 1 255 | Yüklənmə tarixi: 05.06.2018 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031