manera.az
manera.az

Qafqazşünas alimlər Bakıda

📅 14.05.2018 18:10

Qafqazşünas alimlər Bakıda
Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

MANERA.AZ xəbər verir ki, akademiyanın Qafqazşünaslıq İnstitutunun təşkil etdiyi tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

İkigünlük konfransda Qafqaz ölkələrinin xarici siyasəti və münasibətləri, Qafqazda geosiyasi şərait, Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və digər problemlər, münaqişələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin əlaqələri bölmələri üzrə müzakirələr aparılacaq.


Baxış sayı - 1 352 | Yüklənmə tarixi: 14.05.2018 18:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930