“Qafqaz Albaniyasını öyrənirik” - MANERA.AZ
![]()
Bakı Slavyan Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və BSU-nun birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa təşkil olunub.
Gənc nəsli elmi əsaslarla maarifləndirmək məqsədilə təşkil olunan tədbirdə BSU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Əsgər Əhməd çoxşaxəli mədəniyyətə malik olan Azərbaycanın tarixi inkişafı, dini inanacları, dinin cəmiyyətdəki rolu haqqında danışıb.
Dəyirmi masada AMEA-nın əməkdaşları tarix elmləri doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyyə Hacıyeva “Azərbaycan tarixində dinlər: xristianliğaqədərki dövr; xristianlıq; islam dini” mövzusunda muhazirə oxuyublar. Məruzəçilər BSU-nun professor-müəllim heyətini və tələbələri Azərbaycan multikulturalizminin ilkin təbəqələri ilə - xristianlığaqədərki dövr, xristianlıq və İslam dininin tarixi və mədəniyyəti ilə, eyni zamanda erkən orta əsrlərdə ölkəmizdə baş verən sosial-siyasi problemlərlə bağlı məlumatlandırmışlar. Muhazirələrdə Azərbaycanın politeizmdən monoteizmə keçməsi, sosial hadisə olan dinin multikulturalizmin yaranmasında danılmaz rolu auditoriyanın diqqətinə çatdırılıb. Mühazirə tədbir iştirakçılarının böyük marağına səbəb olub, maraqlı müzakirələr aparılıb.