manera.az
manera.az

“İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub

📅 07.05.2018 12:18

“İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, pro­fessor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtibatçılığı ilə “İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub.

MANERA.AZ xəbər verir ki, lüğətin baş redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır.

Nəşrin rəyçiləri akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

Vəsaitdə elmi-tədqiqat və tədris prosesində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə və şərhinə geniş yer verilib. Lüğətdə dilçilik terminlərinin geniş, daha dolğun izahı verilib, həmçinin terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əksini tapıb.

“İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub


Baxış sayı - 1 707 | Yüklənmə tarixi: 07.05.2018 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031