manera.az
manera.az

Şəhərlərarası əlaqələr inkişaf edir - SƏRGİ

📅 05.04.2018 19:30

Şəhərlərarası əlaqələr inkişaf edir - SƏRGİ
Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə 16 təşkilat və sənət ustaları ilə qatılır
_______________________________________

" İzmir Şəhər Valiliyi sərgidə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə iştirak edərək İzmir şəhərini, bu tanınmış şəhərin mədəniyyətini, təbiətini, ticarət marşrutlarını, turizm məhsullarını təqdim edir."
Şəhərlərarası əlaqələr inkişaf edir - SƏRGİ
Mehmet Ensarioğlu,
Izmir Şəhər Valiliyinin strategiya və koordinasiya üzrə direktoru


Qeyd edim ki, İzmir, İstanbul, Ankara və Bursa şəhərlərindən sonra Türkiyənin inkişaf etmiş sənaye şəhəridir, habelə turizm və ticarət baxımından iqtisadi cəhətdən cəlbedicidir. Bu bizim “AITF” sərgisində ikinci iştirakımızdır. Ötən il biz Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşdük və Bakıdan İzmirə gedən sərfəli reyslərin açılmasının zəruriliyi haqqında danışdıq. Bu, turizmin daha da inkişaf etdirilməsi üzrə ümumi məqsədə xidmət edən, şəhərlərimizi birləşdirən körpü rolunu oynayacaq.

Biz stendimizdə ziyarətçilərə İzmir şəhəri haqqında tam məlumat verən, rus, ingilis və türk dillərində zəruri xəritə və broşürlər təqdim edirik. Bundan başqa, stenddə quraşdırılmış monitorda fasiləsiz olaraq təqdimat videoları nümayiş etdirilir. Bütün qonaqlara milli şirniyyatlara təklif etmək bizim üçün xoşdur. İzmir çoxsaylı otelləri ilə məşhurdur. Onların bəzilərinin nümayəndələri bu gün burada iştirak edirlər və danışıqlar aparmağa və əlaqələr qurmağa hazırdırlar. Ən əsası isə qeyd etmək istərdim ki, 2019-cu ildə İzmir şəhərində Avropa və Türkiyənin ən böyük dəniz qovşağı olacaq limanın tikintisi başa çatır.


Şəhərlərarası əlaqələr inkişaf edir - SƏRGİÖzdemir Turqut,
Haymana şəhərinin meri


– Ankara yaxınlığında tarixin izlərini və nadir əsərlərini qoruyan Anadolu Haymanası yerləşir. Bu sayədə son illərdə tarixlə maraqlanan turistlər arasında bu şəhərin populyarlığı kəskin şəkildə artmışdır. Lakin bu gün Bakıdakı keçirilən sərgiyə unikal termal suyumuz haqqında məlumat vermək üçün gəlmişik. Keçən il bu bulaq suyunun beynəlxalq standartlara uyğun texniki təhlili aparılmış və o, dünyanın ən yaxşı termal bulağı kimi qəbul edilmişdir. Bu gün qonağımıza suyun çoxsaylı xüsusiyyətləri haqqında qürurla məlumat veririk. Su dərinin sağlamlığını dəstəkləmək, xüsusən də yaşlanma, müxtəlif iltihab növləri, qadınlarda sonsuzluq, eləcə də Alzaymer xəstəliyi ilə mübarizədə faydalıdır. Qonaqlarımıza bizim su əsasında hazırlanmış kosmetik vasitələr hədiyyə ediləcək və suyun keyfiyyəti və müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat veriləcək. Biz qlobal əhəmiyyətə malik olan Haymana balneoloji kurortunu təbliğ etmək məqsədilə bir sıra termal otelləri də ziyarətçilərin diqqətinə təqdim edəcəyik. Bütün bu otellər qonaqları məmnuniyyətlə qəbul etməyə, əla xidmət və zəruri rahatlıq ilə təmin etməyə hazırdır. Biz bu sərgidə debüt edirik, lakin növbəti tədbirlərdə iştirak etmək niyyətindəyik.


Baxış sayı - 1 190 | Yüklənmə tarixi: 05.04.2018 19:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031