manera.az
manera.az

Tanınmış yazıçı vəfat edib

📅 09.03.2018 12:40

Tanınmış yazıçı vəfat edib
Kumık əsilli yazıçı Murad Adcı vəfat edib

Türkoloq, coğrafiyaşünas, publisist və yazıçı kimi tanınan Murad Adcı 9 dekabr, 1944-cü ildə Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya İnstitutunu bitirib.

Murad Adcı bir çox əsərin müəllifidir. Onun "Qıpçaq çölünün yovşanı" kitabındatürk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir./kulis.az


Baxış sayı - 1 272 | Yüklənmə tarixi: 09.03.2018 12:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031