manera.az
manera.az

“Məhəbbət və Ağ ölüm” tamaşası nümayiş olunub

📅 20.02.2018 11:16

“Məhəbbət və Ağ ölüm” tamaşası  nümayiş olunub
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşasını təqdim edib.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirilib ki, layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.

Bakı Humanitar Kollecinin səhnəsində təqdim olunan tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.


Baxış sayı - 1 813 | Yüklənmə tarixi: 20.02.2018 11:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930