manera.az
manera.az

“İrəvanda xal qalmadı” yeni üslubda səhnədə olacaq

📅 06.05.2017 21:50

“İrəvanda xal qalmadı” yeni üslubda səhnədə olacaq


C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni səhnə əsərinin premyerasına hazırlaşır. Belə ki, sənət ocağı mayın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində şair-dramaturq Hidayətin İrəvan həqiqətlərindən bəhs edən “İrəvanda xal qalmadı” tarixi dramı əsasında səhnələşdirilən tamaşanı təqdim edəcək.

Tamaşa ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Yeni redaksiyada nümayiş ediləcək səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assisenti Tural Xəlilzadədir.

Tamaşada rolları Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Zülfiyyə İsmayılova, Emin Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Elçin Hacıyev, Tural Xəlilzadə, Məryəm Qələndərova, Sevinc Hüseynova, Ayşən Mirzəyeva və Ruhiyyə Eyvazova ifa edəcək.

Turan Etibaroğlu
MANERA.AZ


“İrəvanda xal qalmadı” yeni üslubda səhnədə olacaq


Baxış sayı - 1 408 | Yüklənmə tarixi: 06.05.2017 21:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930