manera.az
manera.az

“Məhəbbət və ağ ölüm” bölgələrdə

📅 08.12.2017 23:42

“Məhəbbət və ağ ölüm” bölgələrdə
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşası ilə bölgələrdə çıxışını davam etdirir.

Bu barədə MANERA.AZ-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik!” teatr layihəsi çərçivəsində reallaşan tamaşa Bərdə rayonunda nümayiş olunub.

Səhnə əsəri böyük maraqla qarşılanıb.

Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.


Baxış sayı - 1 152 | Yüklənmə tarixi: 08.12.2017 23:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031