manera.az
manera.az

Xocalı soyqırımı Türkiyədə anılacaq

📅 16.02.2018 12:50

Xocalı soyqırımı Türkiyədə anılacaq
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə “Unutmamaq və unutdurmamaq” şüarı ilə tədbirlər keçiriləcək.

Bu barədə açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar məlumat verib. O qeyd edib ki, fevralın 26-da Kocaeli vilayətinin Körfəz rayonunda Xocalı parkının və Şəhidlər abidəsinin açılışı olacaq. Həmçinin Körfəz Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı iclas keçiriləcək, fotosərgi təşkil ediləcək.

Fevralın 27-də isə Sakarya şəhərində Azərbaycan Dostluq Parkının və Şəhidlər abidəsinin açılışı olacaq. Həmin gün Sakarya bölgəsinin Qarasu qəsəbəsində Qarabağ prospektinin açılışı olacaq. Bundan başqa, fevralın 28-də İzmir Karşıyakada Azərbaycan Dostluq Parkının və ümummilli lider Heydər Əliyevin büstünün açılışı olacaq.

Xocalı soyqırımı Türkiyədə anılacaq
Xocalı soyqırımı Türkiyədə anılacaq


Baxış sayı - 1 699 | Yüklənmə tarixi: 16.02.2018 12:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930