“Orijinallığımız keyfiyyətimizdir” –Kurs rəhbəri ilə Müsahibə
Həmsöhbətim “New Generation”un rəhbəri Ömərov Subhandur. Onunla Yeni yaradılmış “New Generation” kursunun fəaliyyəti haqda danışdıq:
-Öncə “New Generation”un iş prinsipləri barədə ətraflı danışaraq...
Bizim kursun əsas iş prinsipi, müasir dövrümüzdə yeni yetişməkdə olan gənc nəsilə keyfiyyətli təhsil vermək, düzgün təlim-tərbiyə aşılamaq və hər kəsi parlaq gələcəyə doğru yönəltməkdir. Məhz, buna görə də bizim şüarımız, “Yeni nəsil ilə parlaq gələcəyə doğru!” şüarıdır. Həqiqətən də bu şüarımızı reallaşdırmaq üçün əlimizdən gələn bütün imkanları səfərbər edərək qarşımıza qoyduğumuz hədəfə doğru irəliləyirik.
- Niyə məhz ad “New Generation” oldu, Azərbaycan türkcəsiylə yox..?
Verdiyiniz bu sual həqiqətən də çox maraqlı sualdır. Biz ilk öncə hamı tərəfindən çox asan anlaşılan bir ad seçmək istədik. Lakin sonra New Generation adını seçmək qərarına gəldik. İlk səbəb odur ki, biz yeniliklərə açıq olduğumuzdan dolayı kursumuzun adına bir müasirlik qatmaq istədik. Qloballaşan dünyada ortaq bir dilə çevrilən və beynəlxalq bir dil sayılan ingilis dilində bir ad seçdik. Digər bir səbəb isə, tez yadda qalan, dilə yatımlı və qulağa xoş gəldiyi üçün bu adı bəyəndik.
- “New Generation” kursunu təsis etmək hansı zərurətdən yarandı?
Düzünü desək kursumuzu təsis etmək məsələsində ətrafımızdakı dost və tanışların böyük bir rolu oldu. Çünki əvvəlki dövrlərdən bugünə qədər bir yerdə çalışdığımız və görüşdüyümüz insanlar arasında bir çox müəllimlər və tələbələr heyəti var idi. Onların əksəriyyəti xarici ölkələrdə təhsil almış və təcrübə qazanmış insanlar idi. Məhz onların dəstəyi sayəsində biz bir araya gələrək bu kursu təsis etmək qərarına gəldik.
- Fəaliyyətə başlayarkən qarşınıza qoyuğunuz əsas məqsədiniz nədən ibarət idi?
Əgər fikir versək görərik ki, hal-hazırda Azərbaycanda günü gündən yeni və müasir tədris mərkəzləri fəaliyyət göstərir. Biz də dövlətimizdə yeni inkişaf etməyə başlayan bu fəaliyyət sektoruna qoşularaq sağlam rəqabət ümidiylə işimizə start verdik. Bizim başlıca məqsədimiz sağlam düşüncəli və yeni kreativ fikirli gənclər yetişdirməkdə bütün şagird və tələbələrə yardım etməkdir. Bundan başqa bizim əsas məqsədimiz şagird və tələbələrin gələcək iş həyatlarında xüsusi önəm kəsb edən dil və ixtisas səviyyələrini artırmaqdır.
-Kursa müəllimləriniz necə seçilir?
Kursa müəllim seçərkən ilk öncə onun davranış və xüsusiyyətinə fikir veririk. Çünki bizim üçün ən önəmli olan müəllimin əsas insani keyfiyyətləridir. Əgər bu keyfiyyətlər o müəllimdə olmasa həmin müəllimin bilikli və savadlı olması bizim üçün əhəmiyyət daşımayacaq. Biz, kursumuza müraciət edən şagird və tələbələri elə müəllimlərə etibar etmək istəyirik ki, həm mənəvi, həm də elmi cəhətdən müsbət xüsusiyyətlərə sahib olsun. Daha sonra isə ixtisasına uyğun olan və illərin təcrübəsinə malik olan müəllimlər tərəfindən və rəhbərliyimiz tərəfindən müəllimlərlə görüş təşkil edilir və sual cavab vasitəsi ilə lazimi məlumatlar eldə edilir. Ən sonda isə bütün bu göstəricilər nəzərə alınaraq həmin müəllim haqqında son yekdil qərar verilir.
- Kursa müəllim-şagird əlaqələri necə tənzimlənir?
Bizim kursda müəllim və şagird arasındakı əlaqələri tənzimləmək üçün ilk növbədə valideynlər ilə əlaqələrimizi gücləndirməyə çalışırıq. Çünki hər bir şagird və ya tələbə kursda müəllimlərin nəzarətindən əlavə valideynlərin nəzarətindən də yayınmamalıdır. Buna görə də şagird və tələbələr haqqında məlumatlar valideynlərə bizim müəllimlər tərəfindən mütəmadi olaraq məlumatlandırılır. Müəllim və şagird arasında birbaşa əlaqələrdə isə maksimum dərəcədə ciddiyyətə, tələbkarlığa və səmimiyyətə önəm veririk.
- Kursda pedaqoji fəaliyyəti yüksəktmək üçün hansı tədbirlər həyata keçirilir?
Kursumuzda pedoqoji fəaliyyəti yüksəltmək üçün həftə sonları keçirilən iclaslarda müəllimlərə bilik səviyyələrini daha da artırmaq üçün müəyyən tapşırıqlar və göstərişlər verilir. Kursumuzda çalışan hər bir müəllimin özünə məxsus bir metodikası var. Buna görə də biz müəllimlərə bir-birlərindən fərqli olan effektli dərs metodikalarını mənimsəmələrini dönə-dönə tövsiyə edirik. Bundan əlavə müəllimlərin müasir təlim metoduna tam olaraq yiyələnməsi və ixtisaslarını daha da mükəmməlləşdirməsi üçün lazımi təlim və tədbirlərdə iştirak etməsinə şərait yaradırıq.
- Hazırda “New Generation”da vəziyyət necədir? Tələbə sayı qənaətbəxşdirmi?
Nəzərə alsaq ki, biz bir kurs olaraq 2017-ci ilin dekabr ayının 1-dən fəaliyyətə başlamışıq, hal hazırki vəziyyətimiz demək olar ki, qənaətbəxş saymaq olar. Kursumuz təkcə rəhbərlik ərəfindən deyil, həm də bütün kurs işçiləri ilə bərabər kollektiv hərəkət edərək bacardığımız qədər inkişaf etmə yolunda irəliləyirik. Kursumuzun meneceri Yaşar müəllim sayəsində kursun reklam işlərinin idarə etmə məsələləri gözlədiyimizdən daha yaxşı nəticə əldə edilmişdir. Belə ki, həm sosial şəbəkələrdə, həm də Sumqayıt şəhərinin məkəblərində kursun tanıtımı həyata keçirilmişdir. Gələcək günlərdə bir neçə seminr və konfranslar təşkil eləmək planları da gündəmimizdədir.
-Kursda nə kimi yeniliklər nəzərdə tutulub?
Hal-hazırda biz, New Generation kursu olaraq İbtidai sinif hazırlığı, İngilis dili, Rus dili, Alman dili və Ərəb dili hazırlıqlarını tədris edirik. Önümüzdə gələn Fevral və Mart aylarında digər kurslardan fərqli olaraq şablon dərs sistemlərindən uzaqlaşaraq və hər yaş səviyyəsinə uyğun olan insanların ixtisas səviyyəsini artırmaq üçün yeni təlimlərə start vermək niyyətindəyik. Yaxın günlər üçün planladığımız əsas təlimlər aşağıdakılardır:
- Müasir Dövrdə Marketinq Strategiyaları
- İstehsalat Prosesinin Təşkili və Proqramlaşdırılması
- Matrix Gemvision 8.0 (Zərgər Dizayner) proqramının tədrisi
- Gənclərin İngilis dilini öyrənmək metodikasındakı kompleksləri
Bu təlimlərdən əlavə bu ilin sentyabr ayında yeni tədris ilinin başlaması münasibəti ilə bütün fənlərdən abituriyent hazırlıqlarına start verməyi hədəfləyirik. Bu yeniliklərə əlavə olaraq bizim əsas yeniliklərimizdən biri də cəmiyyətimizin müəyyən bir hissəsini təşkil edən əlil insansanlarla bağlı bir tədris planı hazırlayırıq. Bununla da biz bir ilkə imza ataraq əlil insanların cəmiyyətdən təcrid olmasının qarşısını almağı planlayırıq. Məhz buna görə əlil insanlar üçün online dərslər keçirməyi düşünürük. Çünki uğurlu təhsil və parlaq gələcək onların da haqqıdır.
- Sonda, insanlar “New Generation”nu niyə seçməlidir? Orijinalığınız nədir?
Bizim orijinallığımız bizim keyfiyyətimizdir. Hər bir zaman təhsil metodikasında bacardığımız qədər faydalı və keyfiyyətli yeniliklərə önəm göstəririk. İnsanların maddi vəziyyətlərini də nəzərə alaraq tez-tez kampaniyalar təşkil etməyə üsünlük veririk. Tələbə və şagirdlərin məmnuniyyətini nəzərə alaraq bütün hazırlıq fənlərində ilk dərsləri pulsuz təçkil edirik ki, onlar dərs gedişatına və dərsin keyfiyyətinə baxıb qərarlarını daha da dəqiqləşdirsinlər. Təcrübəli və işgüzar müəllim heyəti, dərs prosesinə ciddi nəzarət, valideynlərə açıq qapı, əlavə materriallarla təmin, pulsuz conversation club-lar da bizim özəlliklərimizə daxildir. Bunlardan əlavə olaraq Fevral ayından etibarən şagird və tələbə heyəti və müəllim heyəti ilə birlikdə xüsusi ekskursiyalar və turlar təşkil olunacaq.
Söhbətləşdi: Şəhla Aslan,
Manera.az