manera.az
manera.az

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

BXA-dan MANERA.AZ-a verilən xəbərə görə, əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “ Dolu” filmi nümayiş olunub. Filmin nümayişindən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə BXA-nın rektoru , professor Timuçin Əfəndiyev Qanlı Yanvar hadisələri haqqında geniş məlumat verib, və həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb.
T. Əfəndiyev qeyd edib ki, müharibə mövzusunda çəkilən “ Dolu” filmi müharibənin dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir.
“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında
Filmin ssenari müəllifi, Aqil Abbas BXA-nın professor-müəllim və tələbə heyətini salamlayaraq, ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirib, universitet rəhbərliyinə minnətdarlıq edib.

Həmçinin A. Abbass “ Dolu” bədii filmi haqqında məlumat verərək , filmin yaradıcı heyətini BXA-nın professor-müəllim və tələbə heyətinə təqdim etmişdir.

Filmin nümayişindən sonra Aqil Abbas və “ Dolu” filminin aktyor heyəti ilə görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşüblər.

Qedək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilən “ Dolu” filminin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdir . Qəhrəmanlıq və şücaət səhnələri ilə dolu olan filmdə istedadlı aktyorlar iştirak ediblər. Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031