manera.az
manera.az

Yuxu - HEKAYƏ

📅 08.01.2018 14:50

Yuxu - HEKAYƏ
Manera.az araşdırmaçı yazar, şərqşünas Mirkazım Abdullayevin "Yuxu" hekayəsini təqdim edir.

Gördüm ki səhərdi, binamızın həyətindəyəm və hər tərəf yamyaşıl, güllü çiçəklidi. Yuxarı mərtəbələrə baxdım heç kim öz balkonunda qonşu balkona iplərlə bağlanmış iplərdən yuyulmuş paltar sərməyib və oradan xalça- palaz və süfrələrini çırpmırlar . Neçə vaxtdı maşınsız olduğum üçün işə metroyla gedirəm. Yola tərəflə gedirəm maşınlar hərəkət edir, heç bir sürücü səs siqnalından istifadə etmir, bütün maşınlar işıqforun qırmızı işığında gözləyir hətt da polislər belə. Metroya tərəf gedirəm küçələr tər-təmiz şampunla yuyulur, heç bir süpürgəçi əlində süpürgə toz qaldıra-qaldıra oraları süpürmürdü, inana bilmirdim. Küçə uzunu gedirəm, küçələrdə heç kim yerə tüpürməmışdi hətta liftimizə də. Metroya mindim. İnsanlar işə gedirlər, hamıdan ətir iyi gəlir, heç kimdən tər qoxusu, çoxdan yuyulmamış paltar qoxusu gəlmirdi. Metroda insanlar bir-birinə baxanda sovet dövründə olduğu kimi gülümsəyirdi. Heç kim başqasına qaşqabaqlı və tərs-tərs baxmırdı. İşə gəldim hamı bir-biri ilə gülə-gülə və mehriban danışırdı heç kim qeybət eləmirdi.
Birdən kimsə məni çağırdı:
“Ata hamam boşdu.”
Bu qızım idi... Məni yuxudan oyatdi. İşə getmək vaxtı idi.


Baxış sayı - 2 723 | Yüklənmə tarixi: 08.01.2018 14:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930