manera.az
manera.az

Rüstəm Kamalın səhvi odur ki... | MANERA.AZ


Rüstəm Kamalın səhvi odur ki... | MANERA.AZ
Manera.az
Son günlər ədəbiyyatşünas Rüstəm Kamalın manera.az-a verdiyi müsahibə unudulmaz Mirzə Ələkbər Sabiri bir daha gündəmə gətirib. Onun yazdığlarının hələ də öz aktuallığını qoruduğu üçün Sabirin həmişəyaşar şair olduğunu bir daha isbatlayıb.

Rüstəm Kamal nə yazdığını bilən insandır. Kimsə onun nə yazdığını bilmirsə, günahı Rüstəm muəllimdə yox, özündə axtarsın. Konkret Sabir məsələsində müəllim problemi Sabirdə yox, cəmiyyətin düzəlməməsində, əksinə, pisləşməsində görür.

Sabir “fəhlə sən də özünü bir insanmı sanırsan” deyirdi, amma fəhləyə insan kimi baxmayanlar artıq bu gün millətin ziyalısına dil uzadırlar...

Bu gün Sabir sağ olsaydı deyərdi:

“Ziyalı sən də özünü bir insanmı sanırsan?
Xalqın dərdini deməyi asanmı sanırsan?”


Yenə məmmədhəsənlər boy-boya verib, yenə ittihamın üçü bir qəpikdir…

Allah, bizim canımız nə zaman qurtulacaq bu ittiham, şivənlərin əlindən? Ay Məmmədhəsən, ay bala, Rüstəm Kamalın yeganə səhvi odur ki, o Sabirin dəyişə bilmədiyi sənin Məmmədhəsən düşüncəni dəyişdirmək istəyir. İstəyir ki, sən biləsən, sən düzəlməyənə qədər Sabirin şeirlərinin aktual olması bu millətin irəli yox, geri getməsindən xəbər verir. Niyə düzəlmək istəmirsən, ay Məmmədhəsən kimilər dəstəsi? Nədir istəyiniz ? Niyə oxumursan ? Kafkanın adını əzbərləyib Borxesden 2-3 sitat gətirməklə hara getmək istəyirsən?

Məhəmməd Hadi zamanında belə yazırdı:

“Oxumaqçün nə qədər dadü-fəqan etdimsə,
Olmadı zərrə əsərbəxş bu istimdadım.
Dağa dersən eşidir, sonra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım”

İndi bəlkə silkələnmə, özünə qayıtmaq zamanıdır? Demirəm ki, oxu xarici yazarları. Oxuma, amma ilk öncə özünü oxu oxu, gör nə gündəsən. Sonra “yox imzası millətimin imzalar içində” deyib sonunda müalicə almaq üçün hətta öz şeirlərin satıb dərman, çörəkpulu əldə edən Hadi başda olmaqla öz yazarlarını oxu. Yoxsa düzəlməyəcəksən MƏMMƏDHƏSƏN! Lap elə sonunda “Yeddi oğul istərəm” filmində deyildiyi kimi deyəcəklər: Qəqənisən ki qəqəni!

Çalış bu söz sənə deyilməsin: “Məmmədhəsənsən ki Məmmədhəsən!!!”

Yetim Qacar
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031