manera.az
manera.az

“YARAT”da növbəti qrup sərgisi

📅 11.12.2017 10:20

“YARAT”da növbəti qrup sərgisi
Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi açılacaq.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətdə olan münasibətlərini araşdırır.

Sərgini ziyarət edənlər, rəssamlar - Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka Matsuqanın və Stefen Q.Rodsun yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq irəli getmək üçün ikili ambisiyadan yararlana biləcəklər.

Gələn il fevralın 18-dək davam edəcək sərginin kuratorları tanınmış rəssam Suad Qarayeva-Maleki və Björn Geldhofdur.


Baxış sayı - 1 390 | Yüklənmə tarixi: 11.12.2017 10:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930