manera.az
manera.az

İçərişəhərdə kulinariya festivalı

📅 23.11.2017 18:04

İçərişəhərdə kulinariya festivalı
Noyabrın 23-də İçərişəhərdə Qız qalası ətrafında payız yemək festivalına start verilib.

MANERA.AZ xəbər verir ki, “Sweet November” adlı festivalda payızın əsl bayram atmosferi yaşanıb. Festivala ləzzətli təamları ilə tanınan restoran və kafelər qatılıb.

Qız Qalası ətrafında əlvan gözəlliklərlə dolu həm uşaqlar, həm də böyüklər üçün müvəqqəti şəhərcik də yaradılıb.

Festivalda iştirak edən hər bir şəxs masa arxasında isti şokoladdan ya da qlintveyndən dadıb, tanınmış DJ-lərin keyfiyyətli treklərindən həzz ala biləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real onlayn” kulinariya platforması tərəfindən təşkil olunan festival noyabrın 26-dək davam edəcək.

İçərişəhərdə kulinariya festivalı
İçərişəhərdə kulinariya festivalı


Baxış sayı - 1 346 | Yüklənmə tarixi: 23.11.2017 18:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031