manera.az
manera.az

Azərbaycan mətbəxi ilk dəfə İtaliyada

📅 21.11.2017 18:30

Azərbaycan mətbəxi ilk dəfə İtaliyada
Noyabrın 29-dan dekabrın 1-dək İtaliyada birinci Azərbaycan mətbəxi festivalı keçiriləcək.

Festival Azərbaycanın İtaliyadakı səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə reallaşacaq.

MANERA.AZ xəbər verir ki, festivalın açılışı mərasimi noyabrın 29-da “Baglioni Hotel Regina” mehmanxanasında təşkil olunacaq, sonrakı iki gün ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menyu əsasında fəaliyyət göstərəcək.

Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.

İtaliya mətbuatı indidən festivala böyük maraq göstərir və artıq bir sıra KİV-lərdə məlumatlar dərc olunub.

Azərbaycan mətbəxi ilk dəfə İtaliyada


Baxış sayı - 1 423 | Yüklənmə tarixi: 21.11.2017 18:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031