manera.az
manera.az

Dilçilər üçün yeni dərs vəsaiti

📅 21.11.2017 14:39

Dilçilər üçün  yeni dərs vəsaiti
Bu günlərdə “Elm və təhsil” nəşriyyatında filologiya elmləri namizədi Ayəddin Əliyevin yeni dərs vəsaiti nəşr olunub.

Manera.az xəbər verir ki, dərslik “Fəxrəddin Hinduşah Naxçıvaninin “Əs-sihah əl-əcəmiyyə” əsərinin dili” adlanan dərs vəsaitində Fəxrədddin Hinduşah Naxçıvaninin “əs-Sihah əl-əcəmiyyə” əsərinin materialları əsasında XIII əsr ədəbi dilimizin fonetik, leksik, qrammatik xüsusiyyətləri izah edilir.

Dərs vəsaiti giriş, dörd fəsil, nəticə, ixtisarlar, istifadə olunmuş ədəbiyyat siyahısından və lüğətdən ibarətdir.

Müəllif kitabda XIII əsrdən əvvəl və XIII əsrdə Azərbaycanda yazılı ədəbi dilin funksiyası məsələsini incələmiş və bunula da ölkəmizdə türk yazı dilinin meydana çıxması, ərəb və fars ədəbi dillərinin həmin mühitdə işlədilməsi tarixi haqqında maraqlı nəticələr əldə etmişdir.

Vəsaitdən elmi işçilər, magistr, doktorant, müəllim və ali məktəb tələbələri, eləcə də dilimizin tarixi ilə maraqlananlar istifadə edə bilərlər.

Şəhla,
MANERA.AZ





Baxış sayı - 2 110 | Yüklənmə tarixi: 21.11.2017 14:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930