manera.az
manera.az

“Ana qaynaq-ulu kök” - YENİ NƏŞR _MANERA

📅 05.02.2016 15:20

“Ana qaynaq-ulu kök” - YENİ NƏŞR _MANERA
Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin “Ana qaynaq-ulu kök (Üslubi paralellərin müqayisəli təhlili)” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun qərarı ilə nəşr olunmuş 366 səhifəlik kitabda ana dilimizin tarixi, Azərbaycanın qədim tarixi kökləri, şifahi ədəbi dilin təşəkkülü, dilimizin mənşəyi və digər məsələlər araşdırılır.

Kitabda yer almış “Protoazərbaycan dili dövründə dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri”, “Albaniya, Atropatena-Azərbaycan xalqının və dilinin təşəkkülü”, “Atropatena dövləti, atropatenalıların etnik tərkibi və dili”, “Azərbaycanın şifahi ədəbi dilinin təşəkkülü (V-VIII əsrlər)” mövzusunda elmi məqalələrdə Azərbaycanın mədəniyyəti, dili, dini, mənşəyi ilə bağlı müqayisəli təhlillər aparılıb. Müəllif bu nəşrdə tarixi mənbələrimiz olan “Kitabi-Dədə Qorqud” dastanları, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərlərindən, qədim daş kitabələrdən, “Avesta”dan və başqa mənbələrdən istifadə edib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Seyfəddin Rzasoydur.


Baxış sayı - 1 921 | Yüklənmə tarixi: 05.02.2016 15:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930