manera.az
manera.az

Lənkəran teatrı beynəlxalq festivala gedəcək

📅 17.11.2017 19:48

Lənkəran teatrı beynəlxalq festivala gedəcək
Lənkəran Dövlət Dram Teatrının truppası beynəlxalq teatr festivalında iştirak edəcək.

MANERA.AZ xəbər verir ki, 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalı İran İslam Respublikasının Həmədan şəhərində keçiriləcək və dekabrın 1-dən 6-a kimi davam edəcək.

Teatr kollektivi gənc yazıçı Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri ilə festival tamaşaçıları qarşısında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu səhnə əsərində keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Tamaşada rolları Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.


Baxış sayı - 1 202 | Yüklənmə tarixi: 17.11.2017 19:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031