manera.az
manera.az

Molyerin əsəri Lənkəran Teatrının səhnəsində

Molyerin əsəri Lənkəran Teatrının səhnəsində


Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi klassik fransız dramaturqu Jan Batist Molyerin dünyaca məhşur əsəri olan “Jorj Danden və ya aldadılmış ər” komediyasını tamaşaçılara təqdim edəcək. Hazırda məşqləri davam edən səhnə əsərində Jorj Danden adlı kənd mülkədarının başına gətirilən oyunlardan söhbət açılır. Müflüs olmuş zadəgan ailəsi ilə qohumluq Jorj Dandenə baha başa gəlir. Arvadı tərəfindən aldadılan Jorj nə qədər etsədə arvadının valideyinlərinə sübut edə bilmir. Mənsəbcə böyük olan De Sotanvillər ailəsi həmişə sudan quru çıxmağı bacarırlar. Komediya janrında cəryan edən səhnə əsəri tamaşaçıda gülüş doğurmaqla bərabər həmdə qəhrərəmanın düşdüyü acınacaqlı vəziyyətinə təssüf hissi doğurur.

Yeni tamaşanın qurluşçu rejissoru teatrın baş rejissoru Tural Mustafayevdir.Rejissoru Tərlan Abdullayev,Səhnə tərtibatı Tərlan Sadıqov, musiqi tərtibatı Fərahim Fərəcova məxsusudur. “Jorj Danden və ya aldadılmış ər” komediyasını dilimizə Xalq yazçısı Elçin çevirib.

İyunun sonları üçün premyerası nəzərdə tutulan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlar Niftulla Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Təranə Fərəcova, Sayad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Günel Abbaszadə və digərləri ifa edirlər.
Molyerin əsəri Lənkəran Teatrının səhnəsində



Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 560 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031