manera.az
manera.az

"İdrak"da Konstitusiya günü qeyd edilib

📅 11.11.2017 19:31

"İdrak"da Konstitusiya günü qeyd edilib
Binəqədi rayon İcra Hakimiyyəti və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan liseyin direktoru Natəvan xanım Alışova qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması zamanı Ulu Öndər Heydər Əliyevin bilavasitə komissiyanın sədri olmasından və bu sənədin ərsəyə gəlməsindəki əvəzsiz rolundan bəhs edib. O, hamını qarşıdan gələn 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik edib və Azərbaycanın inkişafı naminə fəaliyyətlərində uğurlar diləyib.

Çıxış edənlər, Əməkdar Elm Xadimi, professor Şahlar Əsgərov, hüquq üzrə fəlsəfə doktoru, DİA-nın dosenti Nazənin Hüseynova, Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva Azərbaycan Konstitusiyasının yaranması tarixindən, bu günün bayram kimi təsis edilməsindən, həmçinin Azərbaycanın hüquqi dövlət kimi keçdiyi inkişaf yolundan, bu işdə dövlət başçısı cənab İlham Əliyevin və birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs ediblər. Onlar həmçinin “İdrak” liseyində bu qəbildən tədbirlərin mütəmadi olaraq keçirilməsinin təqdirəlayiq hal kimi vurğulayıblar.

Sonra lisey şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim edilib. Qonaqlar şagirdlərin Konstitusiya Gününə həsr etdikləri rəsm və əl işlərilə tanış olublar.

"İdrak"da Konstitusiya günü qeyd edilib
"İdrak"da Konstitusiya günü qeyd edilib
"İdrak"da Konstitusiya günü qeyd edilib


Baxış sayı - 1 812 | Yüklənmə tarixi: 11.11.2017 19:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031