manera.az
manera.az

Konstitusiya Günü qeyd olunub | MANERA.AZ

Konstitusiya Günü qeyd olunub | MANERA.AZ

246 nömrəli məktəb-liseydə “12 noyabr Azərbaycan Respublikası Konstitusiya Günü” münasibətilə dəyirmi masaya qonaq olduq


İnkişaf təşəbbüsə bağlıdır. Atılmış addım artıq uğurun yarısıdır. Fikirlərimizi Binəqədi rayon 246 nömrəli məktəb-liseyə bir il öncə təyin edilmiş direktor Almaz Bayramovanın fəaliyyəti doğruldur. Deyirlər, “bir güllə bahar olmaz”. Amma bir gül artıq baharın müjdəçisi olmurmu, adətən?! Yenilikçi, təşəbbüskar, qətiyyətli insan bir cəmiyyəti formalaşdırmağa qadirdir. Sadəcə, bir direktor gərək imiş məktəbin inkişafı üçün. Bir il ərzində yeri gəldikcə fəaliyyətini izlədiyimiz Almaz xanımın gördüyü işlər, həyata keçirdiyi yeniliklər, formalaşdırdığı kollektiv, şagirdlərin könlündə əkdiyi ümid çiçəklərini müşahidə etmək riqqət doğurmaya bilmir.

Bir zərif qadın çiynlərində duran yükün ağırlığından da xəbərsiz deyilik, təbii ki. Analıq, ev sahibliyi və xanımlıq kimi müqəddəs vəzifələri olan Azərbaycan qadını bir də cəmiyyətin ən müəqəddəs ocağının başında – məktəb direktoru... Həm də ürəyində yeni bir gələcək qurmaq arzusu... Elə bir gələcək ki, tarix ona diqtə edir: Həyatının sahibi ol!...

Həyatının sahibi ola bilmək üçün məktəb gənc nəslə sahib olduqlarına yiyə çıxmağı öyrədir.

Bu məqsədlə Almaz Bayramova müəllim kollektivi ilə birlikdə məktəb-liseyin şagirdlərinin bütün qüvvəsini vətəndaş kimi yetişdirmək istiqamətində səfərbər edir.

Məktəbdə Bayraq Günü münasibətilə keçirilən təntənəli tədbirdən sonra kiçik bir hərbi otağında təşkil edilən dəyirmi masanın yaratdığı təəssürat heç də kiçik olmadı.
Konstitusiya Günü qeyd olunub | MANERA.AZ
IX sinif şagirdlərinin və tarix-hərbi hazırlıq müəllimlərinin iştirakı ilə təşkil edilmiş dəyirmi masanın təəssüratı yaddaşımıza Azərbaycanın müstəqilliyinin bir əsrlik tarixini səhifələtdi.

Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin gələcək inkişaf yolunda gənc direktor Almaz Bayramovaya və məktəbin müəllim kollektivinə, şagirdlərinə uğurlar diləyirik. Məktəbin şagirdlərinin təşəbbüslərinin cəmiyyətə inteqrasiyası yolunda bir addımlıq köməyimiz olarsa, bir çiçəklə də biz bahara müjdəçi olduq sayılar.

Könül AYDIN Nəhmətova
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunun böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31