manera.az
manera.az

"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir

📅 21.10.2017 12:46

"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir

“İdrak” liseyində Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı tədbir keçirilib.


MANERA.AZ xəbər verir ki, tədbirdən öncə şagirdlərin rəsmlərindən ibarət sərgi və “İdrak” liseyi nümayəndə heyyətinin Cocuq Mərcanlıya səfərini əks etdirən foto stendə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi, professor Mönsüm Alışov qonaqları, tədbir iştirakçılarını salamladı və qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmiz üçün keşməkeşli bir dövrdə yaranmışdır. Dağılmaqda olan ölkəni xilas etmək üçün 91nəfər ziyalının Heydər Əliyevə müraciət ünvanlaması,Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin sədr seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.

Ulu öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrildi.

Ölkəmizin iqtisadi cəhətdən güclənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına da səbəb oldu.

Daha sonra həmin hadisələrin bilavasitə iştirakçısı olmuş, 91 ziyalıdan biri, professor Şahlar Əsgərov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. O, Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqətin sayəsində “İdrak” liseyi kimi nümunəvi təhsil ocaqlarının yaranmasından danışıb.

Ş. Əsgərov qeyd edib ki, “İdrak”liseyində şagirdlərə Heydər Əliyev ideyaları, azərbaycançılıq məfkurəsi aşılanır, hərtərəfli inkişaf etmiş gənclər yetişdirilir.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirin sonunda YAP Binəqədi rayon təkilatının sədri Ramiz Göyüşov çıxış edərək Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlayıb və onun təbriklərini çatdıraraq, liseyin rəhbərliyinə və kollektivinə yubiley tədbirinin yüksək səviyyədə keçirildiyinə görə minnətdarlığını bildirib.

Sonda sərgidə əsərləri nümayiş olunan şagirdlərə diplomlar tədim edilib.

MANERA.AZ

"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir
"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir
"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir
"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir
"İdrak"da “25 il Azərbaycan naminə”... - Tədbir


Baxış sayı - 2 405 | Yüklənmə tarixi: 21.10.2017 12:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031